Nəsrullah: “Kariş” neft və qaz ehtiyatlarının istənilən hasilatı İsrailin varlığı ilə bağlı ağır nəticələrə səbəb olacaq

Nəsrullah: “Kariş” neft və qaz ehtiyatlarının istənilən hasilatı İsrailin varlığı ilə bağlı ağır nəticələrə səbəb olacaq

Hizbullahın baş katibi cümə axşamı müvəqqəti sionist rejimin Kariş yatağından Livan qazı və neftini qarət etməsinə toxunaraq deyib: Müqavimət sionist rejimin Livanın sərvətlərini qarət etməsinə icazə verməyəcək.

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı Livandakı son hadisələrlə bağlı danışıb və xəbərdarlıq edib ki, müvəqqəti sionist rejimin mübahisəli yataqdan qaz çıxarmağa haqqı yoxdur.

Nəsrullah çıxışının əvvəlində bu axşam qaz və neft sahəsindəki son dəyişikliklər və dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı danışacağını bildirərək, Yunan gəmisinin Kariş yatağına gəlişindən sonra Livanın yeni mərhələ ilə üzləşdiyini bildirib.

O, bu gəminin missiyasının qazma olmadığını, lakin bu gəminin hasilat və istehsal üçün fəaliyyətə başladığını bildirərək, bu gəminin Kariş  yatağı yaxınlığında, yəni Livanla işğalçı rejim arasında mübahisəli ərazidə. yerləşdiyini qeyd etdi.

İsrail düşməni livanlılara və dünyaya tezliklə qaz hasilatına başlayacağını bildirir. Bizi yeni dəyişikliklər mərhələsi gözləyir. Ötən vaxtlarda baş verənlər Livana qarşı təcavüz, təhrik və Livanı çətin vəziyyətə salmaqdır ki, Livan buna qarşı son və aydın seçimini etməlidir.”

Dəniz ehtiyatları Livanı xilas etmək üçün yeganə ümiddir.

Nəsrullah deyib: “Biz yanımızda xəzinə adlandırdığımız böyük bir sərvətlə qarşı-qarşıyayıq. Bu sərvətin dəyəri ondan ibarətdir ki, onun sayəsində böhranları həll etmək və Livanı xilas etmək olar. Bu sərvət bütün Livan xalqına məxsusdur. Biz bu sərvəti dəstəkləməli, onu çıxarmalı və sonra ondan maksimum istifadə etməliyik.”

Hizbullahın baş katibi bir çox təhlükələrin Livanın neft və qazını təhdid etdiyini vurğulayıb: “Bu təhlükələr arasında ABŞ və İsrailin Livandan böyük bir ərazini ayırma cəhdləri var. Bu ərazi çoxlu resurs və sərvətə malikdir.

İkinci təhlükə, resursların Livan tərəfindən çıxarılmasının qarşısını almaqdır. Livana öz neftini çıxarmaq qadağandır. Bu, livanlıların düşünməli olduğu problemdir.

Bu gün vacib məsələ İsrailin dənizdəki təcavüzünə necə cavab verməklə bağlıdır.”

Hizbullah olaraq biz sərhədlərdən və mübahisəli ərazilərdən danışmırıq, çünki bu, hökumətin danışmalı olduğu məsələdir, lakin Livanın üzləşdiyi üçüncü təhlükə onun sularındakı neft və qaz yataqlarının düşmən və digər dövlətlər tərəfindən boşaldılmasıdır.

Livan sularında qaz və neft yataqlarında işə başlamaq üçün çox vaxtımız yoxdur.

Hizbullahın baş katibi sərhəd zolağının azad edilməsindən Livanın neft ehtiyatlarının çıxarılması məsələsinin daha vacib olduğunu vurğulayıb və deyib:

“Hər günkü gecikmə Livan xalqının sərvətlərinin və əmlakının məhvi deməkdir. Hər kəs bu məsələdə milli və mənəvi məsuliyyət hiss etməlidir. Bu, Livan xalqını daha məsuliyyətli hiss etməyə sövq edən məsələdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =