Nəxalə: Biz silahlı intifazəni bütün bölgələrə yaymalıyıq

Nəxalə: Biz silahlı intifazəni bütün bölgələrə yaymalıyıq

Fələstin İslami Cihad Hərəkatının baş katibi silahlı intifazənin yayılmasının zəruriliyinə işarə edərək, bu ölkədə sionistlərə yer olmayacağını vurğulayıb.

Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad Ən-Nəxalə İordan çayının qərb sahilində baş verən hadisələri müvəqqəti sionist rejiminə qarşı real və ciddi inqilab kimi qiymətləndirib.

Əl-Məyadin xəbər kanalına verdiyi eksklüziv müsahibədə Ən-Nəxalə deyib: Fələstin Muxtariyyəti müqavimətlə mübarizədə mövqeyini dəyişməyib, lakin bir çox qruplar Fəth hərəkatı və müqavimət qüvvələrini dəstəkləyir.

O, davam edib: İordan çayının qərb sahilində baş verənlər sionist layihəsinə qarşı yönəlmiş inqilabi əməliyyatın bir hissəsidir.

Biz də bu intifazənin gücləndirilməsi üçün əlimizdən gələni edirik. Bu hadisə silahlı intifazədir və onu bütün bölgələrə yaymalıyıq.

Bu İslami Cihad rəsmisi “Meydanların vəhdəti” döyüşünün təsadüfi deyil, Fələstinin müqavimət oxu ilə birləşməsi üçün olduğuna diqqət çəkib və deyib: “Meydanların vəhdəti” döyüşündən sonra Suriya prezidenti Bəşər Əsədlə görüşdüm. Müqavimət və Fələstinə verdiyi böyük dəstəyin şahidi oldum.

Bəşər Əsədlə görüşdə Dəməşq və HƏMAS arasında əlaqələrin bərpasını müzakirə etdik.

Sionistlərin Fələstində yaşamağa yerlərinin olmadığını bilməli olduqlarını vurğulayan Ən-Nəxalə deyib:

 Meydanların vəhdəti döyüşündə 50 saatdan sonra atəşkəsi qəbul etmək mənim səhvim idi. Eyni performansla müharibəni tək davam etdirə bilərdik.

O, fələstinli məhbusların azad edilməsini İslami Cihadın və bu ölkənin müqavimətinin əsas prioriteti hesab edib və əsirlərin mübadiləsində fasilə olduğunu, lakin Allahın yardımı ilə bu məsələnin həll olunacağını vurğulayıb.

Bu arada İslami Cihad hərəkatı oktyabrın 6-da Qərbi Qəzzədə yaranmasının 35-ci ildönümünü qeyd edib.

Bu mərasim eyni vaxtda “Cənin”, Sədə, Dəməşq və Səna şəhərlərində keçirilib.

Ziyad Ən-Nəxalə bu mərasimdə deyib: Düşmənin səyləri Qəzzəni Fələstin xalqının hüquqlarına qarşı müharibə tənliyindən çıxarmaq üçün davam edir. İslami Cihad isə Fələstin xalqının birliyini təmin etmək üçün bu konfransları təşkil edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 13 =