Nablus mühasirəsi 16-cı gündür davam edirvə sionistlərin Cənindən geri çəkilib

Nablus mühasirəsi 16-cı gündür davam edirvə sionistlərin Cənindən geri çəkilib

Fələstin mənbələri Nablus şəhərinin mühasirəsinin ardıcıl 16-cı gündür davam etdiyini və sionist qüvvələrin bu şəhərə hücumunu elan ediblər.

İsrail qüvvələri 16-cı gündür ki, Nablus şəhərini mühasirəyə alıb.

Bu çərşənbə səhəri onlarla İsrail hərbi maşını Nablus şəhərinə bir neçə istiqamətdən hücum edib.

Əl-Ərəbiyyəl-Cədid saytının məlumatına görə, hadisə şahidləri bildiriblər ki, qırxdan çox hərbi maşın Nablus şəhərinə və “Ərinəl-Əsvəd” müqavimət qruplaşması döyüşçülərinin ailələrinin evlərinə hücum edib. Sionist əsgərlər şəhid “İbrahim Ən-Nablusi”nin evinə basqın edərək, “Xalətül-Əmud” bölgəsində onun azad edilmiş əsir qardaşı “Əyad Ən-Nablusi”ni həbs ediblər.

Şəhid Nablusinin anası bildirib ki, sionist əsgərlər onların evinə basqın edərək evdəki əyaları dağıdıb və şəhid İbrahimin şəkillərini cırıblar.

İsrail işğalçı qüvvələri bir neçə həftə əvvəl yaralanan Ərinəl-Əsvəd müqavimət qruplaşmasının döyüşçülərindən Təysir Əl-Xərazın evinə də basqın edib.

Digər tərəfdən, Cənindəki Fələstinli Məhbuslar Klubunun direktoru Müntəzir Səmur İsrail işğalçı qüvvələrinin onlarla hərbi maşınla Cəninin cənubundakı Caba qəsəbəsinə basqın etdiyini və Mahmud Əlavəne, Ənəs Fəxuri və Bəşər Kənan adlı azad edilmiş 3 məhbusu həbs etdiyini bildirib. Daha sonra sionistlər şəhərdən geri çəkilib.

İsrail işğalçı qüvvələri həmçinin İordan çayının qərb sahilinin müxtəlif yerlərində, o cümlədən Beyt-Fəcar (Beyt-Ləhmin cənubu), İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhəri, Hebronun cənubundakı Dora qəsəbəsi, Qəlqəliyyənin şərqindəki Azzoun qəsəbəsində bir neçə fələstinlini öldürüb. İşğal altında olan Qüdsdə iki gənc və üç nəfər Qüdsün şimal-qərbində yerləşən Bado qəsəbəsini həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 11 =