Nablusda bir fələstinli şəhid olub
Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilində hərbi əməliyyatların beşinci günündə bir gəncin Nablusda sionist hərbçilər tərəfindən güllələnərək öldürüldüyünü açıqlayıb.
Fələstinin Səhiyyə Nazirliyi çərşənbə günü İordan çayının qərb sahilindəki hərbi əməliyyatların beşinci günündə sionist hərbçilərin Şimal-qərb sahilində Nablusda açdığı atəş nəticəsində bir fələstinli gəncin şəhid olduğunu və 31 nəfərin yaralandığını bildirib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti Beyta qəsəbəsi və Nablusda Həzrət Yusif (ə) məqabərəsi yerləşən bölgəsində baş verən qarşıdurmalarda yaralananların sayını 31 nəfər olaraq açıqlayıb, onlardan 10-u həqiqi güllə ilə hədəfə alınıb.
Sionist “Haaretz” qəzeti Fələstin Qırmızı Aypara Cəmiyyətinə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır, digəri isə İsrail hərbçiləri tərəfindən gözündən vurulub.
İsrail ordusunun sözçüsü Cənin, Tulkarm, Nablus və digər ərazilərdə genişmiqyaslı həbslərin olduğunu açıqlayıb.
İşğalçı ordu qüvvələri ötən həftə Tel-Əvivdə üç sionistin öldürüldüyü hücumdan sonra İordan çayının qərb sahilindəki qəsəbə və şəhərlərə basqın və insanları həbs ediblər.
Fələstinli hərbi əsirlər təşkilatı bildiriblər ki, işğalçı rejim ötən mart ayında 539 fələstinlini həbs edib.
İşğalçı rejimin həbsxanalarında olan fələstinli məhbusların sayı 2022-ci ilin mart ayının sonuna qədər, təxminən 4450 nəfərə çatıb ki, onlardan 32-si qadın, 160-ı azyaşlı, 530-a yaxını isə inzibati məsələlərə görə həbs olunanlardır.