Nablusda fələstinli gənclərlə işğalçı qüvvələr toqquşub: 19 fələstinli yaralanıb
Nablusun cənubundakı Həvarə qəsəbəsində fələstinli gənclər sionist əsgərlərlə toqquşub.
İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, cümə günü şəhid Ləbib Zumeydinin dəfni ilə eyni vaxtda başlayan bu qarşıdurmada 19 fələstinli yaralanıb.
Bu qarşıdurmalar zamanı fələstinli gənclər işğalçı qüvvələrə bağlı bir mərkəzi yandırıblar.
Nablusun cənubundakı Həvarə qəsəbəsində silahlı mühacirlər tərəfindən birbaşa güllə ilə yaralanan Ləbib Məhəmməd Zumeydi cümə günü səhər saatlarında şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi bu 19 yaşlı fələstinli gəncin şəhadətini təsdiq edərək, onun İordan çayının qərb sahilində müqavimət əməliyyatlarının mərkəzi olan Nablusun cənubundakı Həvarə qəsəbəsində şəhid olduğunu açıqlayıb.
Bu, 24 saatdan az müddətdə sionistlər tərəfindən güllələnərək öldürülən dördüncü gəncdir.
Mühacirlərin təcavüzü Qüdsün işğalçı qüvvələrinin tam dəstəyi ilə baş verir, bu hərəkət fələstinli gənclərlə sionistlər arasında şiddətli və qanlı toqquşmalara səbəb olur.
Bu fələstinli gəncin şəhadəti sionist mənbələr tərəfindən mühacirləri daşıyan avtomobili hədəfə alması iddia edilən daha bir fələstinli gəncin şəhadətindən saatlar sonra baş verib.