Nablusda şəhidlik əməliyyatı: İki sionist əsgər yaralanıb

Nablusda şəhidlik əməliyyatı: İki sionist əsgər yaralanıb

Xəbər mənbələri bir fələstinlinin Nablusda avtomobillə sionist əsgərlərə hücum etdiyini və onlardan ikisinin yaralandığını bildirib.

Fələstin və sionist xəbər mənbələri bir fələstinli vətəndaşın Nablusdakı Zətəra keçid məntəqəsində avtomobillə sionistlərə hücum etdiyini bildirib.

Şahab xəbər agentliyi bu əməliyyat zamanı iki sionist əsgərin yaralandığını və bu əməliyyatın icraçısının da əməliyyat yerindən qaçmağa müvəffəq olduğunu açıqlayıb.

İşğal olunmuş ərazilərdə vəziyyətin gərginləşməsindən sonra İsrail polisi bir müddət əvvəl ordudan kömək istəyib və İsrail ordusu öz Twitter hesabında işğal olunmuş ərazilərdə vəziyyətə nəzarətdə polis qüvvələrinə kömək etmək qərarına gəldiyini açıqlayıb.

Bu məlumata əsasən, sionist ordunun iki bölüyü şəhadət əməliyyatlarının qarşısını almaq üçün işğal olunmuş ərazilərin müxtəlif bölgələrində yerləşdiriləcək.

İşğal olunmuş Qüdsdə cümə gecəsi şəhadət əməliyyatından sonra sionist rejim polisi 42 fələstinlinin həbs olunduğunu elan etmişdi. Sionist rejim polisi şəhadət əməliyyatlarının ardınca dünən işğal olunmuş ərazilərin bütün bölgələrində yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirilib.

İsrailin polis nəzarəti departamentinin rəhbəri Yaqub Şəbtai şənbə günü səhər saatlarından etibarən bütün polislərin 12 saatlıq növbə ilə işləyəcəyini və polis işğal olunmuş ərazilərin sakinlərindən şübhəli şəxs gördükləri təqdirdə polis şöbəsinə müraciət etmələrini xahiş edib. .

Cümə günü axşam saatlarında sionist mənbələr işğal olunmuş Qüdsdə atışmanın baş verdiyini, nəticədə azı 8 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildiriblər.

Bu şəhadət əməliyyatının icraçısı Xeyri Əlqəm sionist polisi tərəfindən təqib olunduqdan sonra şəhid edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =