Naftali Bennet tək qalıb: Ona yaxın olan ikinci məmur da istefa edib

Naftali Bennet tək qalıb: Ona yaxın olan ikinci məmur da istefa edib

İsrail Baş nazirinin müşavirinin istefasından iki həftə keçməmiş onun aparat rəhbəri bu gün istefa verib.

İsrailin Baş naziri Naftali Bennetin ofisinin rəhbəri Tal Qan Tzevi bu gün (bazar ertəsi) istefa verib.

“Rai Əl-Yəvm”in sionist mediasına istinadən verdiyi xəbərə görə, bu şəxsin istefası sionist rejim kabinetinin üzləşdiyi problemlər dairəsinin genişlənməsinin yeni əlamətidir.

 Qan Tzevi son on ildə Naftali Bennetin ən yaxın adamı olub.

Bennetin ofis rəhbərinin istefası onun siyasi müşaviri Şəmrit Meirin istefasından iki həftə keçməmiş baş verib.

 Sionist mediası o vaxt yazırdı ki, Şəmrit Meir digər müşavirlər və Naftali Bennetin ətrafındakı insanlarla çoxlu fikir ayrılıqlarına görə istefa verib, halbuki o, bütün müşavirləri arasında Bennetə ən yaxın adam olub.

Məlumata görə, Şəmrit Meir son bir ildə Naftali Bennetin simasını sağçı partiya liderindən sionist icmasının qəbul etdiyi bir nümayəndəyə çevrilməsi üçün böyük səy göstərib.

Digər tərəfdən, ötən cümə günü İsrailin Xarici İşlər naziri Yair Lapid Tel-Əvivdə davam edən siyasi mübahisələrə və hazırkı kabinetə qarşı müxalifətə cavab olaraq hökumətlə bağlı matəm elan etməyin hələ erkən olduğunu və öz işini davam etdirəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 16 =