Namaz – İlahi əmanət
Maide.Az günün hədisini təqdim edir:
رُوِيَ أنَّهُ كانَ عَلِيٌّ (ع) إذا حَضَرَهُ وَقتُ الصَّلاةِ تَلَوَّنَ وتَزَلزَلَ، فَقيلَ لَهُ: ما لَكَ؟ فَيَقولُ: جاءَ وَقتُ أمانَةٍ عَرَضَهَا اللّهُ تَعالى عَلَى السَّماواتِ والأَرضِ والجِبالِ فَـأَبَينَ أن يَحمِلنَها وحَمَلَهَا الإِنسانُ، في ضَعفي، فَلا أدري اُحسِنُ إذًا ما حَمَلتُ أم لا.
Nəql edirlər ki, namaz vaxtı çatdıqda, Həzrət Əlinin (ə) rəngi dəyişər, bədəni titrəməyə başlayardı. Ondan “Sənə nə olub?” – deyə soruşduqda, buyurardı: “Elə bir əmanəti qaytarmağın vaxtı çatıb ki, Allah-Taala onu göylərə, yerə və dağlara təqdim etdikdə, onu öhdələrinə götürməkdən imtina etdilər. İnsan isə onu öz öhdəsinə götürdü. Heç bilmirəm, zəifliyimlə bu dəfə onun layiqincə öhdəsindən gələ biləcəyəm, ya yox?”
“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, səh.124.