NASA Marsa uçuş üçün nüvə mühərrikini sınaqdan keçirəcək

NASA Marsa uçuş üçün nüvə mühərrikini sınaqdan keçirəcək

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkdaşlıq edərək, 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Amerika Aeronavtika və Astronavtika İnstitutunun təşkil etdiyi forumda NASA-nın administratoru Bill Nelson bildirib.

“Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir”, – deyə Nelson əlavə edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =