NASA-nın 20 illik ARAŞDIRMASI: Bəşəriyyəti bu fəlakətlər gözləyir

NASA-nın 20 illik ARAŞDIRMASI: Bəşəriyyəti bu fəlakətlər gözləyir

Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

NASA-da çalışan elm adamları tərəfindən aparılan son araşdırmalar, iqlim böhranı ilə əlaqəli olaraq, quraqlıq və daşqınların getdikcə daha tez-tez, geniş və intensiv şəkildə baş verdiyini ortaya çıxarıb.

Araşdırmada iqlim böhranı ilə bağlı fəlakətlərin daha da artacağı ortaya çıxıb.

Tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib.

Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib.

Alimlər müəyyən ediblər ki, rekord temperatur tendensiyası başlayan 2015-ci ildən bu ekstremal hadisələrin intensivliyi və tezliyi artıb.

“Biz bunun qlobal istiləşmə ilə bağlı ola biləcəyini düşündük, çünki bilirik ki, son 7 ildə ən yüksək temperatur qeydə alınıb. Bu hadisələrin dünya miqyasında tezliyi ilə daha yüksək temperatur arasında əhəmiyyətli korrelyasiya var idi “, – Rodell bildirib.

Araşdırmada bu qənaətin doğruluğunu təmin etmək üçün təhlillər etdiklərini ifadə edən Rodell, iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit etdiklərini söyləyib.

Rodell, araşdırmanın, insanlara qlobal temperaturun hər cüzi artımının dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almaq lazım olduğunu başa düşməyə kömək edəcəyinə söyləyib

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 2 =