NASA Pekinin kosmik proqramından narahatdır

NASA Pekinin kosmik proqramından narahatdır

Çin astronavtları gələcəkdə Aya enəcək və həmin əraziləri öz yeri kimi təqdim edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NASA məlumat yayıb.

Kosmik Agentliyinin rəhbəri Bill Nelson deyib ki, , hazırda dünyada Çinin iştirakı ilə “kainatı tədqiq etmək üçün yeni yarış” gedir.

“Çin hər an “bu bizə məxsusdur, siz isə uzaq durun” deyəcəyindən çox narahat olmalıyıq. O qeyd edib ki, Çinin kosmik proqramı mahiyyət etibarı ilə “hərbidir” və Çin astronavtları “başqalarının peyklərini məhv etməyi öyrənirlər”.

Bundan əvvəl Pekin 2030-cu ilə qədər Ayın Cənub Qütbünə astronavt göndərmək planlarını açıqlamışdı.

Orada tədqiqat stansiyasının və bazanın yaradılması gözlənilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 2 =