Nasaz gəmiyə görə bağlanan İstanbul boğazında hərəkət bərpa edilib

Nasaz gəmiyə görə bağlanan İstanbul boğazında hərəkət bərpa edilib

İstanbuldan Ukraynaya gedən 107 metr uzunluğundakı “BRİZA” adlı yük gəmisində yaranan nasazlıq təmir edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, nasazlıq səbəbindən İstanbul boğazında nəqliyyatın hərəkətindəki dayanma aradan qaldırılıb və gəmilərin hərəkəti bərpa edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =