NATO Əfqanıstanla bağlı təcili iclas çağırır

NATO Əfqanıstanla bağlı təcili iclas çağırır

NATO-nun Şimali Atlantika Şurası Əfqanıstandakı vəziyyətin müzakirəsi üçün təcili iclas çağırıb.

TASS xəbər verir ki, iclasın keçirilməsi ilə bağlı qərar ABŞ-ın bu ölkədəki personalının böyük hissəsini təxliyə edəcəyi barədə açıqlamasından sonra verilib.

Qeyd olunur ki, alyans ölkələri Əfqanıstandakı nümayəndələrinin çıxarılıb-çıxarılmamasını müzakirə edəcək.

Eyni zamanda “Taliban” təşkilatının paytaxt Kabilə yaxınlaşdığı deyilir. Bəzi məlumatlara əsasən paytaxtda elektrik enerjisinin verilməsi dayandırılıb.

Ötən gün “Taliban”ın Herat və Qəndəhar şəhərləri ətrafında nəzarəti ələ keçirdiyi bildirilmişdi.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − three =