NATO Baş katibi Çini Rusiyaya təsir göstərməyə çağırıb
NATO Baş katibi Yens Stoltenberq Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Stoltenberq “Twitter“də bildirib.
NATO Baş katibi Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya qarşı öz təsir imkanlarından istifadə etməyə çağırıb.
“Mən həmçinin NATO-nun insan haqları və Tayvanla bağlı narahatlığını qarşı tərəfin diqqətinə çatdırdım. Biz qlobal təhlükəsizliklə bağlı dialoqumuzu davam etdirməyə hazırıq”, – Stoltenberq qeyd edib.
Apa.az