NATO bu bölgədə hərbçilərin sayını 2,5 dəfə artırıb – Məqsəd?
Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov NATO-nun şərq cinahda sabitliyi pozmağa və orada yerləşdirilən hərbçilərin sayını artırmağa çalışdığını bildirib.
O qeyd edib ki, son bir ildə hərbçilərin sayı 13 min nəfərdən 33 min nəfərə qədər, yəni 2,5 dəfə artıb.
KTMT rəsmisi hərbçilərdən 15 mininin ABŞ-dan gəldiyini də əminliklə söyləyib.
Sidorov hesab edir ki, hərbi təhlükəsizliyə çağırışların və təhdidlərin əsas mənbəyi bəzi Qərb elitalarının təşkilat ətrafında və onun ayrı-ayrı üzv dövlətləri daxilində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətidir.
Publika.az