NATO nüvə silahlarının qadağan olunmasına qarşı çıxıb
NATO Nüvə silahlarının qadağan edilməsi haqda müqavilənin qüvvəyə minməsi ilə əlaqədar bəyanat yayıb.AzNews.az-ın xəbərinə görə, bu barədə NATO-nun saytında bildirilib.
“Silahlara nəzarətin saxlanılması və möhkəmləndirilməsi, tərksilahlanma və nüvə silahlarının yayılmamasına sadiq olduğumuzu bir daha təsdiqləyirik. Müqavilə qüvvəyə minməyə yaxınlaşdıqca onun getdikcə daha da mürəkkəbləşən beynəlxalq təhlükəsizlik mühitini əks etdirmədiyinə, mövcud nüvə silahlarının yayılmamasına və tərksilahlanmaya zidd olduğuna görə bu müqaviləyə qarşı kütləvi şəkildə qarşı olduğumuzu bir daha təkrar edirik”, – deyə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, silahlanmaya nəzarət, tərksilahlanma və nüvə silahlarının yayılmaması NATO-nun təhlükəsizlik hədəflərinə töhfə verməyə davam etməlidir: “Biz nüvə silahı olmayan bir dünyaya sahib olmağı əsas məqsədimiz olaraq dəstəkləməyə davam edirik və Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) bütün müddəaları, o cümlədən VI maddə bunu təşviq edir. Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə nüvə tərksilahlanmasının yeganə etibarlı yoludur. NATO müdafiə müttəfiqidir. NATO-nun nüvə qabiliyyətinin əsas məqsədi barışı qorumaq, məcburiyyətin, təzyiqin və təcavüzün qarşısını almaqdır. Beynəlxalq qaydalara əsaslanan nizama meydan oxuyan dövlətlərin nüvə silahına sahib olduğu, ancaq NATO-nun bu silahlara sahib olmadığı dünya etibarlı bir dünya deyil. Nüvə silahları mövcud olduğu müddətdə NATO nüvə ittifaqı olaraq qalacaq. Tərəfdaşlarımızı və bütün digər ölkələri qadağa müqaviləsinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə də daxil olmaqla, beynəlxalq sülh və təhlükəsizliyə təsiri barədə real şəkildə düşünməyə və strateji riskləri azalda bilən və nüvə tərksilahlanması üzrə irəliləyiş əldə etmək üçün reallığı təmin edə biləcək maddi və doğrulana bilir tədbirlər çərçivəsində kollektiv təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində əməkdaşlığa çağırırıq”.
islamtimes.org