NATO qırıcıları Rusiya hərbi təyyarələrini ələ keçirmək üçün HAVAYA QALDIRILDI

NATO qırıcıları Rusiya hərbi təyyarələrini ələ keçirmək üçün HAVAYA QALDIRILDI

Publika.az xəbər verir ki, bu barədə “Delfi” Litvanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, ilk hal cümə axşamı, noyabrın 4-də uçuş planı olmadan, lakin bort transponderindən istifadə etməklə Kalininqraddan Rusiyaya uçan Rusiyanın İl-78 yanacaq doldurma təyyarəsi ilə baş verib.

Cümə günü, noyabrın 5-də NATO qırıcıları əvvəlcədən uçuş planı olmadan və bort transponderindən istifadə etmədən uçan İl-76 hərbi təyyarəsini tutmağa yönəldilib.

Eyni zamanda, təyyarə regional nəqliyyatın idarə edilməsi mərkəzi ilə radio əlaqə saxlayırdı.

Hər iki əməliyyatın nəticəsi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, oktyabrda NATO qırıcıları Polşa və İsveçin hava məkanında dörd Rusiya hərbi təyyarəsini ələ keçirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − six =