NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyaya AWACS təyyarələri yerləşdirəcək

NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyaya AWACS təyyarələri yerləşdirəcək

NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyada uzaqmənzilli radiolokasiya aşkarlayıcı AWACS təyyarələri yerləşdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mətbuat Xidməti məlumat yayıb.

“NATO AWACS təyyarələrini Rumıniyanın paytaxtı Buxarestə göndərəcək. Təyyarələr 2023-cü il yanvarın 17-də gəlməlidir. Bu təyyarələr NATO-nun regionda genişlənmiş hərbi mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətinə nəzarət edəcək”, – alyansdan bildirilib.

Rumıniyada, ümumilikdə, 3 təyyarənin yerləşdiriləcəyi gözlənilir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + fifteen =