NATO üzvü olan 23 ölkə Çinə qarşı fond yaratdı

NATO üzvü olan 23 ölkə Çinə qarşı fond yaratdı

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Xüsusilə Avropada dərin texnologiyalar üçün vençur kapitalı çatışmazlığı var. Biz bu şirkətlərə özümüz daha çox kapital qoymaq istəyirik ki, onlar çinli investorlara üz tutmasınlar”, – deyə NATO baş katibinin köməkçisi David van Wiel bildirib.

Qeyd edilir ki, fonda artıq NATO üzvü olan 23 ölkə qoşulub. Onlar layihələri maliyyələşdirməyə hazır olduqlarını bildiriblər.

Ən böyük vəsait silahlı qüvvələrə dəstək üçün istifadə olunan proqram təminatının hazırlanması məqsədilə “Helsing” müdafiə startapına ayrılıb – 209 milyon avro.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =