Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb
Bu ilin yanvar ayında Naxçıvan MR-də 175,822 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu, ötən ilin eyni dövrünə nisbətən 0,3% çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,2% artaraq 381 manat olub.
Aylıq ÜDM-in 95,609 milyon manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 0,9% çoxdur.
Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 3,3% artaraq 9,04 milyon manat təşkil edib.
SALAMNEWS