Naxçıvanda maaşlar artıb
Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 540,8 manat olub.
Bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Bildirilib ki, hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manat təşkil edir.
Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.
Oxu.az