Naxçıvanın bu şəhərində hər evdə Qırxpillə çeşməsi var-Video

Naxçıvanın bu şəhərində hər evdə Qırxpillə çeşməsi var-Video

Azərbaycanın incisi hesab edilən Ordubad rayonu həm də tarixi çeşmələri və kəhrizləri ilə ad qazanıb. 12 və 17-ci əsrlərə aid olan bu çeşmələr tarixi diyara xüsusilə gözəllik verir.

Bu çeşmələrdən ən məşhuru Qırxpillə çeşmələridir. Qırxpillə çeşmələri hamısı eyni üslubda inşa edilib. Bu quyularla yerin 100 metrlərlə dərinliyində olan su spiralvari şəkildə yerin üzünə çıxarılıb. İndi rayonun hər küçəsində, hətta çox evində Qırxpillə çeşməsinə rast gəlmək mümkündür.

Ordubadda çeşmələrin çoxunun 17-ci əsrə aid olmasının həmin vaxtlar Ordubadın vergilərdən azad edilməsi ilə də bağlılığı var. I Şah Abbasın hakimiyyəti zamanı verdiyi fərmanla ordubadlılar vergidən azad olur, quruculuq işləri geniş vüsət alır və çeşmələrin salınmasına başlanılır.

Bu çeşmələrin hər birində buzxana yerləri, ərzaq saxlamaq üçün taxçalar, daş pilləkənlər, ovdanlar və su buxarının çıxması üçün günbəz şəkilli damında deşik də qoyulub.

Tarixi mənbələr göstərir ki, bu çeşmələrin çoxunu Təbrizdən gələn kənkanlar və mühəndislər çəkib. 20 ildən çoxdur ki, kənkanlıq edən Musa Salmanov deyir ki, bu çox çətin bir işdir. Əvvəla ona görə ki, kənkansansa quyunu əllə qazırsan, sonrası da ki, bu işi görərkən başına çox iş gələ bilər.

Rayonda çeşmələrin çox olması eyni zamanda yerli əhalinin suya tələbatını da tam ödəyir.

Qeyd edək ki, hazırda Ordubad rayonunda 70-dən çox çeşmə var.

Apa.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =