Nazarbayevin komandası “təmizlənir”, özü isə… – Qazaxıstanda nə baş verir?

Nazarbayevin komandası “təmizlənir”, özü isə… – Qazaxıstanda nə baş verir?



Publika.az xəbər verir ki, Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsi rəhbərinin birinci müavini Samat Abiş vəzifəsindən uzaqlaşdırılıb.

Nazarbayevin kürəkəni, qızı Dinara Nazarbayevanın həyat yoldaşı Tumir Kulibay “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib. Bununla yanaşı, Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın həyat yoldaşı Dimaş Dosonov “KazTransOil” SC-nin sədrliyindən, böyük qızı Danira Nazarbayeva ilə qeyri-rəsmi nikahda yaşadığı iddia olunan Kayrat Şaripbayev “QazaqGaz” SC-nin sədrliyindən uzaqlaşdırılıb.

Nazarbayevin özü ilə bağlı hələ də dəqiq məlumat yoxdur. “Moskovskiy Komsomol” qəzeti Nazarbayevin harada olması ilə bağlı araşdırma aparıb. İddialara görə, elbaşı iğtişaşların başladığı vaxt – yanvarın 2-də doğulduğu Şamalqan kəndinə gedib. Orada bir gün qaldıqdan sonra Qırğızıstan sərhədinə doğru gedib və oradan Birləşmiş Ərəb Əmirliyinə uçduğu haqda məlumatlar var. Kənd sakinləri Nazarbayevin doğulduğu kəndə gəldiyini təsdiqləyir. Kəndin ətrafında silahlı mühafizəçilərin olduğu haqda məlumatlar var.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 17 =