Nazir fələstinli məhbusların qaçmasından sonra iclas keçirdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi Gilboa həbsxanasından fələstinli əsirlərin qaçmasının ardından, İsrail Müdafiə Naziri Beni Qantz yaranan böhranı müzakirə etmək üçün toplantı keçirib.
Qantzın ofisindən verilən məlumata görə, görüşə Şabak rəisi Nadau Arqaman, İsrail ordusunun Baş Qərargah rəisi Judah Fox və Əməliyyat Şefi Oud Psuk qatılmışlar.
Bu görüşdə, Qantz, əsirlər Gilboa həbsxanasından qaçdıqdan sonra, qaçaq məhbusların tapılması üçün sərhəd keçidlərində qüvvələrin gücləndirilməsini əmr edib.
O, eyni zamanda təhlükəsizlik və kəşfiyyat xidmətlərinin bu məhbusların yenidən həbs edilməsi üçün bütün lazımi səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Hadisədən sonra İsrail rəsmiləri Gilboa həbsxanasından təxminən 400 fələstinli əsiri digər həbsxanalara köçürməyə hazır olduqlarını açıqlamışlar.