Nazir: İran iyulda ŞƏT-in tamhüquqlu üzvü olacaq

Nazir: İran iyulda ŞƏT-in tamhüquqlu üzvü olacaq

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyümüz iyulda yekunlaşacaq.

APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian yerli mediaya müsahibəsində deyib.

“İyulda Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olacağıq”, – diplomat qeyd edib.

Qeyd edək ki, ŞƏT-in növbəti sammiti iyulun 4-də Hindistanda keçiriləcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 5 =