Nazir: “İşğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir”

Nazir: “İşğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqdan gələn meyit qalıqları Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyində müayinələrdən keçirilir.

BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və təlimlərdən keçən mütəxəssislər cəlb olunub.

“Bu barədə, yəqin ki, daha ətraflı məlumat proses yekunlaşdıqdan sonra veriləcək”, – deyə nazir bildirib.

Qeyd edək ki, kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 3 =