Nazir: “İsrail İran səmasında üstünlüyünü qoruyacaq”

Nazir: “İsrail İran səmasında üstünlüyünü qoruyacaq”

İsrailin müdafiə naziri İsrael Katz orduya İranın hava məkanına nəzarəti saxlamağı tapşırıb. Yeni təhlükəsizlik siyasətinə, istənilən ciddi təhdidlərə cavab olaraq, hücumlar daxildir.

Oxu.Az xəbər verir ki, bu barədə detaly.co.il yazır.

“Mən İsrail Silahlı Qüvvələrinə hava üstünlüyünün qorunması, nüvə proqramının inkişafının və raket istehsalının qarşısının alınması, həmçinin İrana qarşı cavab tədbirləri daxil olmaqla ölkənin monitorinqinin aparılması planı hazırlamağı tapşırmışam. Bu tipli hər hansı təhlükənin qarşısını almaq üçün çalışacağıq”, – Katz deyib.

Nazir əmin edib ki, İrana qarşı hazırkı əməliyyat “yeni çəkindirmə siyasətinin yalnız ilkin versiyasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + seventeen =