Nazir: İsrail ona ziyan dəyəcəyi təqdirdə əvvəllər görünməmiş zərbə ilə cavab verəcək

Nazir: İsrail ona ziyan dəyəcəyi təqdirdə əvvəllər görünməmiş zərbə ilə cavab verəcək

İsrailə misli görünməmiş ziyan vurmaqla hədələyən düşmənləri əvvəllər heç vaxt verilməyən bir cavab gözləyə bilərlər.

Yəhudi rejiminin müdafiə naziri Yoav Qalant İrana və radikal “Hizbullah” hərəkatına qarşı belə bir xəbərdarlıq edib.

“İran və Hizbullahdan olan düşmənlər İsrailə keçmişdə istifadə etmədikləri yollarla zərər verməklə hədələyirlər. Bunu edən hər kəs bizdən əvvəllər heç bir halda vurulmayan zərbə gözləyə bilər”, – Qalant deyib.

Qeyd edək ki, Qalantın ölkənin mərkəzi hissəsində yerləşən hərbi bazada İsrail Müdafiə Qüvvələrinin yeni çağırışçıları ilə görüşündə verdiyi açıqlamaları Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“İsrailin “əhəmiyyətli imkanları var”, – Qalant təfərrüatları açıqlamadan davam edib.

O, həmçinin ümid etdiyini bildirib ki, İsrailin düşmənləri fikirlərini dəyişəcək və əlavə cəbhələrdə müharibənin başlanmasına səbəb olmayacaqlar. “Ümid edirəm ki, bu anı düşünəcəklər və bizi əhəmiyyətli dərəcədə zərər verməyə məcbur edəcək bir nöqtəyə gətirməyəcəklər” dedi. “Biz bunu istəmirik, amma hazır olmalıyıq”, – nazir ordu sıralarına yeni qəbul olunanlara müraciət edərək fikirlərini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 2 =