Nazir Rusiyaya İsrail rejimi ilə bağlı xəbərdarlıq etdi

Nazir Rusiyaya İsrail rejimi ilə bağlı xəbərdarlıq etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə 4 oktyabr çərşənbə axşamı Moskvaya səfər edib.

O, səfəri barədə danışarkən deyib: “Son aylarda iki ölkə prezidentləri arasında ən azı iki telefon danışığı oldu və cənab Putin (Rusiya Prezidenti) cənab Rəisinin inauqurasiyasında iştirak etmək üçün Tehrana öz yüksək nümayəndələrini göndərdi.”

İran xarici işlər naziri Rusiyanın Qafqazdakı hadisələrlə bağlı mövqeyi və Rusiyanın bu mövzuda mövqe tutub-tutmadığı və Lavrovla danışıqların aparılıb-aparılmayacağı ilə bağlı suala belə cavab verib: “Sabah (Çərşənbə) bu haqda ətraflı danışıqlarımız olacaqdır.”

Əmir Abdullahian qeyd edib: “Rusiya rəsmilərinin bölgədəki hər hansı bir mümkün sərhəd dəyişikliyinə, bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə zidd olan terrorçuların və sionist rejimin varlığına həssas yanaşmasını gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =