Nazir: “Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük”
“Şuşada ən vacib məsələ oradakı mədəni-tarixi abidələrimizin, ümumiyyətlə evlərin, infrastrukturun bərpasıdır. Sonra Azərbaycan vətəndaşlarının ora qayıtmasıdır”.
Bunu mədəniyyət naziri Anar Kərimov bildirib.
Nazirin sözlərinə görə, insanlar qayıdandan sonra orada adət-ənənələrimizin bərpa olunması nəzərdə tutulur: “Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir”.
Trend