Nazirin başına yumurta atdılar

Nazirin başına yumurta atdılar

Publika.az xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.

Nəşrin məlumatına görə, Berbok Brandenburqda ümumtəhsil məktəbində səfərdə olub.

Alman diplomatın məqsədi təhsil müəssisəsini ziyarət etmək və ekstremizmlə mübarizə mövzusunda şagirdlərlə ünsiyyət qurmaq olub.

Lakin gözlənilməz hal baş verib və məktəbin yaxınlığında Ukraynaya silah tədarükünə qarşı çıxan 30 fəal toplanıb. Kimliyi bəlli olmayan fəallardan biri XİN başçısına yumurta atıb. Hazırda hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyənləşdirir və sözügedən hadisə ilə bağlı istintaq başlanılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − four =