Nazirlik: ​​​​Ermənistandakı mədənlərə dair beynəlxalq təşkilatlara göndərilən faktlara heç bir reaksiya gəlmir

Nazirlik: ​​​​Ermənistandakı mədənlərə dair beynəlxalq təşkilatlara göndərilən faktlara heç bir reaksiya gəlmir

“Ermənistandakı mədənlərlə bağlı faktlar beynəlxalq təşkilatlara təqdim edilsə də, heç bir reaksiya gəlmir”.

Bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransında deyib.

O bildirib ki, mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkəti dayanır: “Halbuki həmin şirkətlər ekoloji sağlamlıq baxımından bir çox böyük layihələrdə iştirak edirlər. Ekoloji standartlara həmin iki ölkədə ciddi riayət olunur, amma digər ölkələrə gəldikdə isə onlar göz yumurlar və yaddan çıxarırlar. Biz bu mədənlərdə bağlı yenidən çağırış edəcəyik”.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eight =