Nazirlik: İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb
“Qanunvericilikdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı müddəa yoxdur. Birinci sinifə qəbul adi qaydada aparılır. Təqvim ili ərzində 6 yaşı bitən uşaqların I sinfə qəbul üçün proqram təminatı üzrə sorğu verilə bilər”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı danışarkən deyib.
“Təqvim ili ərzində 8 yaşını tamamlamış uşaqlar da I sinfə qəbul oluna bilərlər. Əgər uşaqğın yaşı 8-dən yuxarıdırsa, o halda uzunmüddət təhsildən kənarada qalan şəxslər üzrə fərdi təhsil üzrə I sinfə qəbul edilir, – o bildirib.
Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin sinifdə saxlanılmasına yol verilmir: “Əgər bu, uzun müddətli xəstəlik səbəbindən olarsa, müvafiq səhiyyə orqanı tərəfindən təsdiqlənmiş sənədə baxıla bilər. Bu zaman həmin uşağın evdə təhsilə cəlb olunması məsələsinin müzakirəyə çıxarılmaıs mümkündür”.
Apa