Nazirlik: Şənbə gününə dərslərin salınması ali məktəblərin öz ixtiyarındadır

Nazirlik: Şənbə gününə dərslərin salınması ali məktəblərin öz ixtiyarındadır

“Əgər universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, o zaman həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır: “Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =