Neftçalada içməli su problemi həll edilir

Neftçalada içməli su problemi həll edilir

Neftçala rayonunda ilkin mərhələdə içməli su xətti çəkiləcək kənd, qəsəbə və şəhər mərkəzindəki ərazilərə baxış keçirilib.

Rayon ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizinin suyunun çay boyunca əks istiqamətdə axaraq suyu şorlaşdırması nəticəsində əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında yaranmış mövcud çətinliklə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Azərsu” ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsi, Neftçala Suvarma Sistemləri İdarəsi, Neftçala Sukanal İdarəsinin və digər məsul şəxslərin iştirakı ilə əhalinin içməli su və əkin sahələrinin suvarılmasında su çətinliyi yaranan ərazilərdə olub.

RİH başçısı əkin sahələrinin suvarılması ilə əlaqədar Neftçala Suvarma Sistemləri İdarəsinin nasos stansiyalarına, əhaliyə xidmət edən suvarma kanallarına, nasos aqreqatlarının su götürmə mənbələrinə baxış keçirib, yeni qurulan beton üzlüklü kanalla tanış olub.

İcra başçısı əhaliyə xidmət edən su maşınları ilə maraqlanıb, onlarla maarifləndirici söhbətlər aparıb, əhaliyə daşınan suyun ucuz, sərfəli daşınması üçün tövsiyyə və tapşırıqlarını verib.

Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərsu” ASC tərəfindən 2021-ci ildə icrası nəzərdə tutulan işlərlə əlaqədar M. Seyidov rayonun kəndləri, qəsəbələri və şəhər əhalisinin sıx yaşadığı digər məhəllələrə baxış keçirib, əhali ilə söhbətlər aparıb. İlkin olaraq yeni çəkiləcək su xəttinin, əhalinin su təminatını təşkil edən mənbələrə baxılıb və əhalinin rahatlığı nəzərə alınmaqla işlərin görülməsi planlaşdırılıb.

Əhaliyə verilən içməli suyun tərkibinin yoxlanılması, daha keyfiyyətli su verilməsi və yaranan içməli su çətinliyinin aradan qaldırılması, qəsəbə və kəndlərdə qurulan modul tipli sutəmizləyici qurğuların saz vəziyyətdə olması, bu modullardan qidalanan bulaqların işlək vəziyyətdə olması, təmir olunması və bu modul tipli qurğulara, bulaqlara müntəzəm baxış keçirilməsi məsələləri Neftçala Sukanal İdarəsinə tapşırılıb.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 11 =