“Neftçi” dünya şöhrətli futbolçu alır: Agenti ilə görüşdülər

“Neftçi” dünya şöhrətli futbolçu alır: Agenti ilə görüşdülər

Publika.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın Müşahidə Şurasının sədri Rövşən Nəcəf ulduz futbolçuların transferində maraqlıdır. O, bu səbəbdən transfer bazarına şəxsən nəzarət edir. Rövşən Nəcəf özünə yaxın olan menecerlərə münasib şərtlər altında tanınmış oyunçuların tapılmasını tapşırıb.

Artıq bir tanınmış futbolçu hədəfə alıb. Söhbət “Real”dakı çıxışları ilə tanınan İsko Alarkondan gedir. Uzun müddət Madrid təmsilçisində çıxış edən ispaniyalı yarımmüdafiəçi bu klubdan ayrıldıqdan sonra işləri heç də yaxşı getmir. “Sevilya” ilə müqavilə bağlasa da, 31 yaşlı yarımmüdafiəçi bu klubda cəmi 6 ay çıxış edib.

Hazırda azad agent olan İsko yeni macəra axtarışındadır. Bundan mətbuat vasitəsilə xəbər tutan R.Nəcəf futbolçunun vəziyyəti və maliyyə şərtləri ilə maraqlanmağı tapşırıb. İspaniya millisinin sabiq üzvünün menecerləri ilə tanışlıq məqsədi daşıyan ilkin görüş baş tutub. Futbolçunun tələbləri Rövşən Nəcəfə çatdırılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eleven =