“Neftçi” “Fənərbağça”ya məğlub olub

“Neftçi” “Fənərbağça”ya məğlub olub

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.

“Report”un məlumatına görə, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi “Fənərbağça” ilə üz-üzə gəlib.

“Smena” stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 1:0. “Fənərbağça”nın qolunu 73-cü dəqiqədə Edin Ceko vurub.

“Ağ-qaralar” ilk matçda Rusiya “Zenit”inə 1:3, daha sonra Serbiyanın “Srvena Zvezda” komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, “Neftçi” iyulun 18-də yoldaşlıq oyununda Moskva “Spartak”ı ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eighteen =