“Neftçi” klubundan ayrılan ilk futbolçu bəlli olub

“Neftçi” klubunu tərk edən ilk futbolçu bəlli olub.
“Report” “A Bola” nəşrinə istinadən xəbər verir ki, Huqo Basto “ağ-qaralar”la vidalaşıb.
Paytaxt təmsilçisi ilə müqaviləsi başa çatan 29 yaşlı müdafiəçi hazırda digər təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, portuqaliyalı oyunçu 2021-ci ildən “Neftçi”nin formasını geyinib.
Report.az