“Neftçi”-“Qarabağ” oyunundan əvvəl azarkeşlər arasında insident yaşanıb, 4 nəfər saxlanılıb

“Neftçi”-“Qarabağ” oyunundan əvvəl azarkeşlər arasında insident yaşanıb, 4 nəfər saxlanılıb

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =