Neftin bahalaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,13% artaraq 1 barelə görə 82,82 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,3% artaraq 79,17 dollar təşkil edib.
Apa