Nensi Pelosi: Düşmən konqresin içində nümayəndələrin həyatını təhdid edir

Nensi Pelosi: Düşmən konqresin içində nümayəndələrin həyatını təhdid edir

“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi jurnalistlərə verdiyi müsahibəsində konqresin üzvləri əleyhinə olan ciddi təhdidlərə görə öz narahatlığını dilə gətirərək “Düşmən konqresin içərisindədir!” deyib.

ABC new telekanalının verdiyi xəbərə görə, Pelosi fikirlərini belə bölüşüb: “Böyük ehtimalla konqres 6 Yanvar hadisəsindən sonrakı təhdidlərin ardınca konqres üzvlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə əlavə büdcə ayrılması üçün yeni bir layihə qəbul etmək məcburiyyətində qalacaq”.

Pelosi qeyd edib ki: “Əgər düşmən daxildədirsə böyük ehtimalla üzvlərin təhlükəsizliyinin artırılması üçün əlavə büdcəyə ehtiyacımız olacaq.”  

Ondan “daxili düşmən” dedikdə məqsədinin nə olduğunu soruşduqda belə cavab verib: “Konqresdə elə üzvlərimiz var ki, konqresin daxilinə özüylə silah gətirmək istəyirlər. Onlar konqresin digər üzvlərini ciddi şəkildə təhdid edirlər.”

Xatırladaq ki, son günlərdə ABŞ konqresinin bir respublikaçı üzvünün konqresin daxilinə silahla girmək cəhdi konqresdə daxili çəkişmələrin artmasına səbəb olub.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =