Netanyahu əleyinə mitinq, etirazçılar susdurlur
Təl-Əvivdə 6 girovun cəsədinin tapılması fonunda kütləvi etiraz və iğtişaşlardan sonra 29 nəfər saxlanılıb.
İRNA-nın məlumatına əsasən, dünən axşam (1 sentyabr) Tel Əvivdə keçirilən aksiyalarda polislə etirazçılar arasında qarşıdurma baş verib və etirazçılar susdurulmaq üçün saxlanma təhdidlərindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya girib, yollarda hərəkəti bağlayıblar.
“İndi bütün yollar etirazçılardan təmizlənib, nəqliyyatın hərəkəti tədricən bərpa olunur”, – polis əlavə edib.
700 min nəfərin iştirak etdiyi mitinq şənbə günü Həmasın 330 gün əsirliyində qalan 6 girovun öldürülməsi iddiasının ardınca fəallar tərəfindən təşkil edilib. Tel Əvivin Kaplan küçəsindəki əsas nümayişdə isə iştirakçıların sayı 550 min olduğu deyilir.
Sionist rejimin 13-cü kanalı mitinq iştirakçılarının 350 min nəfər olduğunu, onların Həmas girovluğunda olan əsirlərin azad edilmə tələbinin yerinə yetirilməsini istədiklərini vurğulayıb.