Netanyahu atəşkəsi niyə qəbul etdi?

Netanyahu atəşkəsi niyə qəbul etdi?

Financial Times”ın yazdığına görə, İsrailin “Hizbullah”la atəşkəsi qəbul etməsinin arxasında ölkənin silah-sursat ehtiyatlarının azalması və ehtiyat əsgər çatışmazlığı kimi hərbi səbəblər, həmçinin ABŞ daxili siyasətinin təsiri dayanır. Netanyahunun qərarını Livandakı münaqişənin davamlı olmaması müəyyən edib.

Financial Times (FT) qəzeti İsrailin baş naziri Binyamin Netanyahunun Hizbullahla atəşkəsi qəbul etməsinə səbəb olan müxtəlif səbəblərə diqqət çəkib .

Qəzetdəki xəbərdə bir ildir davam edən qarşıdurma nəticəsində İsrailin silah ehtiyatlarını azaltması, ehtiyatda olan əsgər çatışmazlığı və Donald Trampın Ağ Evə qayıtma ehtimalı kimi amillər önə çəkilib.

Xəbərdə bu ifadə yer alıb: “Netanyahunun Hizbullaha qarşı müharibə məqsədləri həmişə Qəzzada Həmas-a qarşı mütləq qələbəyə nail olmaq səylərindən daha təvazökar olub”.

Netanyahunun keçmiş Milli Təhlükəsizlik müşaviri Yaakov Amidror , vəziyyətin hərbi sərhədlərinə işarə edərək dedi: ” Hizbullah HƏMAS kimi deyil. Biz onu tamamilə məhv edə bilmərik. Bu seçim deyildi. Livan çox böyük, Hizbullah çox güclüdür.”

Amidror həmçinin bildirib ki, bu atəşkəs “bir çox israillinin xəyal etdiyi həll yolu deyil”. Bununla belə, o, İsrailin silah-sursat ehtiyatlarını azaltmasıaylardır döyüşən ehtiyat əsgərlərə təzyiq kimi səbəblərin nəzərə alınması lazım olduğunu vurğulayıb.

“İsrail şimalda bu miqyasda daha bir il müharibə davam etdirə bilməz”, – rəsmi əlavə edib.

İsrail hökumətinin danışıqları ilə tanış olan iki mənbəyə görə, atəşkəsin vaxtı və məzmununda ABŞ-ın daxili siyasəti həlledici rol oynayıb.

Netanyahuya yaxın olan İsrail rəsmiləri, HƏMAS-ın əsirlərin müqabilində daha əlverişli atəşkəs razılaşmasını qəbul etməli ola biləcəyini irəli sürdülər.

Amma İsrail hərbi rəsmiləri, xarici diplomatlar və Qərb analitikləri bu ssenarinin gerçəkləşəcəyinə şübhə ilə yanaşırlar.

Keçmiş yüksək səviyyəli amerikalı diplomat Aaron David Miller Qəzza ilə bağlı bu atəşkəsin köklü dəyişiklik yaradacağını gözləmədiyini bildirib: “Bu vəziyyətin Qəzzaya sehrli qapı açacağını düşünmürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + sixteen =