Netanyahu azad edilən hər girov üçün 5 milyon dollar verəcəyini vəd edib

İsrail Fələstinin HƏMAS hərəkatının əlindən azad ediləcək hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
Bunu sionist işğalçı rejimin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib, onun çıxışının videosunu onun ofisi yayıb.
“Bu vəziyyətdən çıxmaq istəyən fələstinlilərə deyirəm: kim bizə girov gətirsə, təhlükəsiz çıxışı təmin edəcəyik. Həm o, həm də ailəsinə. Biz də qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat verəcəyik. Seçim sizindir, seçin. İstənilən halda nəticə eyni olacaq: bütün girovları qaytaracağıq”, – Netanyahu bildirib.