Netanyahu Baydenə: Qəzzəyə daxil olmağa məcburuq!

Netanyahu Baydenə: Qəzzəyə daxil olmağa məcburuq!

Sionist rejimin baş naziri ABŞ prezidentinə Qəzzəyə daxil olmaq məcburiyyətində olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netabnyahu şənbə günü (Əl Əqsa Tufanı başladığı gün) Amerika prezidenti Co Baydenə iki dəfə telefonla zəng edib.

Məlumatkı mənbələrin yazdığına görə Netanyahu bu telefon danışığında vəziyyətin gərgin olduğunu və Qəzzəyə havadan deyil, qurudan daxil olmaq məcburiyyətində qaldığını deyib.

Xatırladaq ki, sionist rejim mətbuat xidməti ABŞ Prezidenti Co Baydenin Benyamin Netanyahuya zəng etdiyini, ABŞ-ın İsrailin tərəfində olduğunu və İsrailin özünümüdafiə hüququnu tam dəstəklədiyini vurğuladığını, Netanyahunun da Baydenə qeyd-şərtsiz dəstəyə görə təşəkkür etdiyini və İsrailin qalib gələcəyi güclü və davamlı kampaniyanın zəruri olduğunu açıqladığı barədə məlumat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − ten =