Netanyahu Baydenin dediklərini təkzib etdi

Netanyahu Baydenin dediklərini təkzib etdi

Netanyahu Qəzza zolağında müharibəni dayandırmağa hazır olmadığını bildirib. 

Netanyahu bildirib ki, prezident Co Baydenin atəşkəs təklifi ilə bağlı dedikləri “dəqiq deyil”.

Qeyd edək ki, Bayden İsrailin Qəzzada atəşkəs və bütün girovların azad edilməsi təklifini HƏMAS-a çatdırdığını bildirib. 

Bayden deyib: “İsrailin təşəbbüsünün birinci mərhələsi İsrail qoşunlarının Qəzzadan çıxarılması, girovların və həbs edilmiş fələstinlilərin azad edilməsini nəzərdə tutur. İsrailin Qəzza təşəbbüsünün ikinci mərhələsi hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılmasını tələb edir”.

Bayden hesab edir ki, İsrail hökumət koalisiyasında münaqişəni uzatmaq və Qəzzanı işğal etmək istəyənlər var. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − four =