Netanyahu: Bizi çox ağır günlər gözləyir

Netanyahu: Bizi çox ağır günlər gözləyir

İsrailin baş naziri dünən gecə Beyrutun cənub bölgələrindəki hücumdan sonra onları çox çətin günlər gözlədiyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Beynyamin Netanyahu dünən gecə (31 iyul) mətbuat konfransında deyib: Beyruta hücumdan sonra hər tərəfdən təhdidlər eşidirik. İsrailə hücum etmək istəyən hər kəslə hesablaşacağıq.

Netanyahu sonra deyib: Son bir neçə gündə üç cəbhədə hücumlarımız oldu və dünən biz İsrailin şimalında israillilərə hücumlarda məsuliyyəti olan Həsən Nəsrullahın Livandakı müavinini öldürdük.

Məlumata görə, Netanyahu bu sözləri deyərkən Hizbullah qəti şəkildə təkzib etdiyi və bunun bu hücumla heç bir əlaqəsi olmadığını bildirdiyi işğal olunmuş Məcdəl Şəmsə raket hücumunu nəzərdə tutubmuş.

Netanyahu, sözlərini bir daha təkrarlayaraq deyib: Bizi çoxlu sınaqların olacağı çətin günlər gözləyir. Biz bütün ssenarilərə hazırıq və bütün təhdidlərə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 8 =