Netanyahu: “Colan əbədi olaraq İsraildə qalacaq”
İsrail Colan təpələrinə nəzarəti əbədi olaraq əlində saxlamaq niyyətindədir.
Bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib.
“Biz hamımız orada, onların ətəyində deyil, Colan təpələrində olmağımızın böyük əhəmiyyətini anlayırıq. Colan təpələri üzərində nəzarətimiz və səlahiyyətimiz təhlükəsizliyimizi təmin edir. Qolan təpələri həmişə İsrailin bir hissəsi olacaq”, – o, mətbuat konfransında deyib.
Qeyd edək ki, əslində Colan təpələri 1944-cü ildən 1967-ci ilə qədər Suriyanın Quneytra əyalətinin tərkibində olub. Ərazinin böyük hissəsi İsrail tərəfindən işğal olunub, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail de-fakto nəzarət etdiyi əraziləri 1981-ci ildə ilhaq edib və bu ilhaq beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
Bu ərazi bütövlükdə regionun ən bərəkətli torpağına və su ehtiyatına malikdir.