Netanyahu cümə axşamı BƏƏ-nin vəliəhdi ilə görüşəcək
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail mətbuatı İsrail Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd Bin Zayid Əl Nehyan ilə görüşəcəyini bildirib.
İbri dilli “Walla News” qəzetinin müxbiri Barak Ravid, öz Twitter səhifəsində, Netanyahunun cümə axşamı ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcəyini yazıb.
Ravid, yüksək səviyyəli ərəb rəsmilərinə istinadən İsrail baş nazirinin Əbu Dabiyə səfəri zamanı Bin Zaid ilə görüşəcəyini söyləyib.
Əbu Dabi ilə Tel-Əviv arasında diplomatik münasibətlərin tam yoluna qoyulması barədə saziş imzalandıqdan sonra Netanyahunun BƏƏ-yə ilk səfəri bir neçə dəfə təxirə düşdükdən sonra cümə axşamı baş tutacaq.
Sionist mediasının yazdığına görə, Netanyahu, işğal altındakı Fələstində keçiriləcək ümumi seçkilərə iki həftədən az qalmış bir zamanda Əbu-Dabinin vəliəhdi ilə görüşmək üçün BƏƏ-yə gedəcək.