Netanyahu: Girovlar azad edilənə qədər mübarizəmizi davam etdirəcəyik

Netanyahu: Girovlar azad edilənə qədər mübarizəmizi davam etdirəcəyik

 Sionist rejimin baş naziri istənilən atəşkəs razılaşması İsrailin müharibə imkanının əlindən alınmaması şərtilə həyata keçə biləcəyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu dünən gecəki (11 iyul) çıxışında ehtiyat qüvvələrin ailələrinə təşəkkür edərək deyib: Biz qalib gəlirik və Qəzzada zəfəri tamamlamaq əzmindəyik. Biz bu müharibəni HƏMAS-ı məhv etmək və girovları öz evlərinə qaytarana qədər mübarizəmizi davam etdirəcəyik. Bu müharibə zaman alsa da, qələbə əldə olunana qədər davam edəcək.

Netanyahu həmçinin vurğulayıb: Biz müharibənin məqsədlərinə nail olacağıq, HƏMAS-ı məhv edəcəyik, qaçırılan bütün insanları geri qaytaracağıq və Qəzza artıq bizim üçün təhlükə olmayacaq.

Netanyahu Qəzzə müharibəsində qurudan, dənizdən və havadan hücumdakı rəhbərliyinə işarə edərək, etiraf edib: Biz bu müharibədə ağır bədəl ödəyirik, lakin qələbənin açarı HƏMAS-ın məğlubiyyətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + fifteen =